Bakı Şəhər Halqasının dəstəyi ilə qolf turniri keçirilib
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Dreamland” Qolf Klubunda qolf turniri keçirilib.

Formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə keçirilən turnirə 17 komanda olmaqla, yerli və xarici 68 qolfçu qatılıb.

Dörd saat davam edən yarışda komandalar meydançada 18 dəlik üzrə mübarizə aparıblar.

Turnirin qalibləri Elman Rzayev, Eldar Kərimov və Xəlil Hüseynov 62 zərbənin yekununda 55,3 balla ən yüksək pilləyə layiq görülüb. 65 zərbənin yekununda 56,6 bal qazanan Kris Viliams, Qrant Vatson, Alasteir Duqlas və Skot Paterson isə ikinci yerdə qərarlaşıb.

Üçüncü yerin mükafatçıları isə 59 balla Robert Stivinson, Edvard Edqar, Con Salins və Andru İkstrums olub.

“Bakı Şəhər Halqası kimi artıq beş ildir ki, bu turnirə dəstəyimizi göstəririk. Düşünürəm ki, bu dəfə də iştirakçılar maraqlı oyun nümayiş etdirdilər. “Dreamland” Qolf Klubuna bu xoş qonaqpərvərliyi üçün təşəkkür edirəm. Hər kəsi iyunun 10-12-də keçiriləcək yarışımıza dəvət edir, əyləncə dolu həftəsonu arzulayıram”, - deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim yarışla bağlı bildirib.

Xəbər 474 dəfə oxundu.