Landau şahmat festivalı keçiriləcək
Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə “Landau School” Təhsil Kompleksi tərəfindən şahmat festivalı keçiriləcək.

iyunun 26-da başlayacaq yarışlar dörd müxtəlif yaş qruplarında 8, 10, 12, 14 yaşadək oğlan və qızlar arasında təşkil olunacaq. İsveçrə sistemi üzrə baş tutacaq Landau şahmat festivalı səkkiz turdan ibarət olacaq.

Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk üç yeri tutacaq iştirakçılara qiymətli hədiyyələr və diplom təqdim olunacaq.

Şahmat festivalına iyulun 3-də yekun vurulacaq.

Xəbər 395 dəfə oxundu.