Şəhriyar Məmmədyarov və Aniş Giri “Norway Chess” beynəlxalq turnirində növbəti görüşlərini keçirəcəklər
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

Yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov Hindistan təmsilçisi Vişvanatan Anandla mübarizə aparacaq.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında dördüncü pillədədir. Teymur Rəcəbov isə dörd xalla doqquzuncu yerdə qərarlaşıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbər 431 dəfə oxundu.