Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz səfərdə Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Helsinkidə, “Helsinki Football Stadium”da Bakı vaxtı ilə saat 17:00-da başlayacaq Finlandiya-Azərbaycan qarşılaşmasını Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Jasmin Sabotic, baş hakimin köməkçiləri David Mateus Santos və Dani Dias Balsa olacaqlar.

Matçda dördüncü hakim funksiyasını Jeremi Muller yerinə yetirəcək.

Xəbər 366 dəfə oxundu.