Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov Ümumrusiya Çimərlik İdman Növləri Assosiasiyasının rəhbəri ilə görüşüb
Ümumrusiya Çimərlik İdman Növləri Assosiasiyasının prezidenti İlya Volodarski Beynəlxalq Futvole Federasiyasının (BFF) rəhbəri Vüsal Xəlilovun dəvəti ilə Bakıya gəlib.

İ.Volodarski Bakıda beynəlxalq federasiyasının rəhbərliyi ilə görüşərək bu sahənin inkişafı ilə bağlı bir çox məsələləri müzakirə edib. BFF-in prezidenti V.Xəlilov və baş katibi Əfqan Həmzəyevin də iştirak etdiyi görüşdə gələcəkdə beynəlxalq federasiyanın Assosiasiya ilə geniş əməkdaşlığı barədə razılıq əldə edilib. BFF-nin beynəlxalq yarışlardakı təcrübəsinin öyrənilməsi və tətbiqi üçün bu səfərin əhəmiyyətini xüsusilə qeyd edən İ.Volodarski Bakının idman şəhəri olduğunu da söyləyib.

Görüşdə tərəflər arasında yaxın zamanlarda memorandumun imzalanması ilə bağlı razılığa gəlinib.

Xəbər 443 dəfə oxundu.