UEFA Millətlər Liqası: Xorvatiya – Fransa oyunu heç-heçə yekunlaşıb
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci turun növbəti oyunları keçirilib.

A,B,C və D Liqalarında ümumilikdə 7 matç oynanılıb.

A Liqasında son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu qrupda Danimarka Avstriyanı səfərdə 2:1 hesabı ilə üstələyib.

B Liqası çərçivəsində keçirilən İslandiya - Albaniya matçında qalib müəyyənləşməyib - 1:1.

C Liqasında Azərbaycan millisi Belarusla heç-heçə edib – 0:0. Qazaxıstan isə səfərdə Slovakiyaya qalib gəlib - 1:0

D Liqasında Latviya Lixtenşteyni məğlub edib - 1:0. Andorra - Moldova matçında isə hesab açılmayıb.

Xəbər 442 dəfə oxundu.