Nizami rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışının Nizami rayonu üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında 312 nömrəli orta məktəbin komandası ilə 242 nömrəli orta məktəbin şagirdləri qarşılaşıb.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penalti seriyasını daha dəqiq yetirən 242 nömrəli orta məktəbin komandası yekunda 4:3 hesablı qələbə qazanaraq Nizami rayonu üzrə turnirin qalibi olub.

Xəbər 293 dəfə oxundu.