Penitensiar Xidmətin Mühafizə alayının atıcısı kunq-fu üzrə Azərbaycan çempionu olub
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayının atıcısı ədliyyə baş çavuşu İsrafil Şabanov kunq-fu idman növü üzrə Azərbaycan çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Penitensiar Xidmətin Xüsusi təyinatlı bölüyünün atıcısı ədliyyə baş çavuşu Əfrahim Şəfiyev isə qarışıq döyüş növü - qrapplinq üzrə Azərbaycan çempionatında üçüncü yerə layiq görülüb.

Xəbər 442 dəfə oxundu.