“William Hill” bukmeker kontoru Azərbaycan Qran-Prisində qələbə üçün mərclərin kursunu dərc edib
“William Hill” bukmeker kontoru Formula 1 Azərbaycan Qran-Prisində qələbə üçün mərclərin kursunu dərc edib.

Bukmekerlər “Red Bull Racing”in pilotu Maks Ferstappeni Bakı yürüşlərinin favoriti hesab edirlər. Onun əsas rəqibi Şarl Leklerin şansı bir qədər aşağı dəyərləndirilir.

Monako mərhələsinin qalibi Serxio Peresin növbəti yürüşdə qələbə əmsalının necə dəyişməsi maraqlıdır. Əgər iki həftə əvvəl Serxionun qələbəsi üçün mərclər 19.00 əmsalı ilə qəbul edilirdisə, indi onun Bakıda qələbə şansı 6.50 dəyərləndirilir.

Mövsümün yeddi yürüşündən sonra Maks Ferstappenin Şarl Lekler üzərində üstünlüyü 9 xaladək artıb. Onu çempionatda qələbə şansı “Ferrari” pilotunun bütün şanslarından bir yarım dəfə yuxarı dəyərləndirilir.

Bukmekerlərin fikrincə, Serxio Peres Corc Rasseli şəxsi hesabda 26 xal üstələməsinə baxmayaraq, meksikalının titula şansı britaniyalının şansına bərabərdir.

Xəbər 273 dəfə oxundu.