Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

Otuz ölkədən 250-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.

M-1 kateqoriyasında, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının gümüş medalını qazanıb.

Xəbər 253 dəfə oxundu.