İspaniya millisinin üzvü Qavi yığmada yeni rekorda imza atıb
İspaniya millisinin üzvü Qavi yığmada yeni rekorda imza atıb.

O, buna Millətlər Liqasının ikinci turunda Çexiya ilə görüşdə fərqlənməklə nail olub. Nəticədə 17 yaş 304 günlüyündə olan yarımmüdafiəçi millidə qol vuran ən gənc futbolçu adını qazanıb.

O, 2020-ci ilin sentyabrında 17 yaş 311 gün olarkən Ukraynaya qol vuran komanda yoldaşı Anssumane Fatinin rekordunu qırıb.

Qeyd edək ki, İspaniya millisi Çexiya ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Xəbər 414 dəfə oxundu.