“Sabah” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
Bakının “Sabah” klubu futbolçusu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir. Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandamızın heyətində ümumilikdə 36 oyun keçirib.

Xəbər 377 dəfə oxundu.