Formula 1 Azərbaycan Qran-Prisi günlərində havanın əsasən günəşli olacağı proqnozlaşdırılır
İlkin proqnoza görə, Formula 1 Azərbaycan Qran-Prisi günlərində havanın əsasən günəşli olacağı vəd edilir.

Cümə günü Bakıda hava az buludlu olacaq, gündüz temperatur müsbət 27 dərəcəyədək yüksələcək. Sinoptiklər şənbə və bazar günlərində də havanın günəşli olacağını, temperaturun müsbət 28 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Uik-end günlərində yağıntı ehtimalı 10 faizi aşmır.

Xatırladaq ki, Azərbaycan Qran-Pri yarışları iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.

Keçən il Azərbaycan Qran-Prisinin bütün sessiyaları quru trasda keçirilib.

Xəbər 445 dəfə oxundu.