Bolqarıstan millisinin baş məşqçisi istefa verib
Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.

54 yaşlı mütəxəssis Gürcüstan yığmasına 2:5 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci tur oyunundan sonra postundan ayrıldığını açıqlayıb.

Mütəxəssis komandada qalmağa haqqının olmadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Qeyd edək ki, Bolqarıstan seçməsi ilk turda Şimali Makedoniya ilə heç-heçə edib - 1:1. Baş məşqçi 2021-ci ilin yanvarında komandanı çalışdırıb.

Xəbər 393 dəfə oxundu.