UEFA Millətlər Liqası: Bu gün Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq | |
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Komandamız Serbiyada Belarus millisi ilə üz-üzə gələcək. Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakim idarə edəcək. Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək. Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1. |
|
Xəbər 367 dəfə oxundu. |
|
|