Parataekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər
Bolqarıstanın paytaxtı Sofiyada parataekvondo üzrə Qran-Pri turniri keçiriləcək.

Millimiz yarışda üç idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə yetirmələrindən son Avropa çempionatının gümüş mükafatçısı İmaməddin Xəlilov (70 kq), bürünc mükafatçı Sabir Zeynalov (58 kq) və yığmanın digər üzvü Əbülfəz Abuzərliyə (80 kq) reytinq xallarını artırmaları üçün şans verib. Xatırladaq ki, hər üç idmançı K-44 kateqoriyasına aiddir.

İyunun 6-da baş tutacaq qarşılaşmalarda qalib idmançılar aktivlərinə 60 xal əlavə edəcəklər ki, bu da Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün böyük önəm kəsb edir.

Xəbər 308 dəfə oxundu.