Cüdoçularımız Avropa kuboku yarışını iki gümüş medalla başa vurublar
Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.

Yarışın son günündə cüdoçumuz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Yarımfinal görüşündə zədələndiyi üçün həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən, həlledici mərhələdə iştirak etməyən idmançımız gümüş medalla kifayətlənib.

Beləliklə, komandamız qitə kuboku yarışını iki medalla başa vurub. Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Vüsal Qələndərzadə (73 kq) də ikinci yeri tutub.

Xəbər 511 dəfə oxundu.