Elnur Məmmədov: Gənclərin İdman Festivalı həm Azərbaycan, həm də Bolqarıstanın məşqçi və idmançıları üçün çox gözəl təcrübədir
Gənclərin İdman Festivalı həm Azərbaycan, həm də Bolqarıstanın məşqçi və idmançıları üçün çox gözəl təcrübədir. Bakı İdman Sarayında təşkil olunmuş festivalda idmançılar akrobatika gimnastikası, güləş, kapoeyra və brekdans növlərində bacarıqlarını nümayiş etdiriblər.

Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən və Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş Gənclərin İdman Festivalı ilə bağlı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bildirib. O, qeyd edib ki, festival gənclərin böyük marağına səbəb olub: “Gənclərin İdman Festivalı yüksək səviyyədə təşkil olunub. Tədbirdə hər iki ölkənin gəncləri fəal iştirak etdilər. Ümid edirik ki, bu çur tədbirlərin təşkili ənənəyə çevriləcək”.

E.Məmmədov bu çur tədbirlərin təcrübə mübadiləsi baxımından da əhəmiyyətini qeyd edib: “Gələcəkdə digər ölkələrlə də bu cür tədbirlərin təşkilini düşünürük. Belə tədbirlər bu sahədə ölkələr arasında təcrübə mübadiləsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Xəbər 544 dəfə oxundu.