Avropa çempionatı: Veteran cüdoçularımız kişilərin komanda yarışını üçüncü yerdə başa vurublar
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışları başa çatıb.

Мeteran cüdoçularımız kişilərin komanda yarışını üçüncü yerdə başa vurublar. Qitə çempionatın komanda yarışlarına Azərbaycan təmsilçiləri 30-39 yaş qrupu üzrə qatılıblar.

Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan komandası 9 qızıl, 5 gümüş və 5 bürünc medalla ümumi hesabda birinci yeri tutub.

Xəbər 462 dəfə oxundu.