Marneulidə yaşayan soydaşımız şahmat yarışlarında qızıl medala layiq görülüb | |
Marneulidə yaşayan soydaşımız Emil Allahverdiyev şahmat üzrə yarışlarda qızıl medala layiq görülüb. Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə iyunun 4-dən 5-dək keçirilən yarışlarda Marneulidə yaşayan soydaşlarımız da iştirak ediblər. “Çay evi” Şahmat Klubunun yetirməsi Emil Allahverdiyev IV dərəcə yarışlarında 7 mümkün xaldan 6 xal toplayaraq yarışı birinci pillədə başa vurub. E.Allahverdiyev federasiyanın təşkil etdiyi III dərəcə yarışlarına vəsiqə qazanıb. Qeyd edək ki, E.Allahverdiyev bundan əvvəlki V dərəcə yarışında 5,5 xal toplayaraq ikinci yerə sahib olub. |
|
Xəbər 375 dəfə oxundu. |
|
|