Bakıda “Gimnastika hamı üçün” tədbiri keçirilib
İyunun 5-də Heydər Əliyev Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib.

Tədbir ərazisinə giriş sərbəst olub.

Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib.

İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçirilən proqrama kütləvi şəkildə qoşularaq isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirib və flaşmobda iştirak ediblər.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd kütlə arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Xəbər 340 dəfə oxundu.