“Qarabağ” klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb
Ağdamın “Qarabağ” futbol klubu yarımmüdafiəçisi Xayme Romero ilə yollarını ayırıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Romeroya göstərdiyi xidmətlərinə görə təşəkkür edilib və uğurlar arzulanıb.

Xəbər 366 dəfə oxundu.