Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Elcan Hacıyev Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda görüşdə italiyalı Titsiano Falkoneni məğlubiyyətə uğradıb.

Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bir bürünc medalla başa vurub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb.

Xəbər 415 dəfə oxundu.