Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarım finalına vəsiqə qazanıb | |
3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limasol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib. B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib. Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarım final mərhələsinə vəsiqə qazanıb. |
|
Xəbər 280 dəfə oxundu. |
|
|