Nizam-intizam qaydalarını pozduğuna görə 3 futbolçu millinin heyətindən kənarlaşdırılıb
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Uç futbolçu - Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.

“Qəbələ” klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Xəbər 317 dəfə oxundu.