“Neftçi” klubu portuqaliyalı futbolçu ilə yollarını ayırıb
Bakının “Neftçi” futbol klubu müdafiəçi Huqo Basto ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

“Neftçi”nin rəhbərliyi portuqaliyalı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ilin yayında “Neftçi”yə transfer olunan Basto 11 oyunda “ağ-qara” formanı geyinib.

Xəbər 467 dəfə oxundu.