“Alfa Romeo”nun pilotu Valtteri Bottas Formula 1 Azərbaycan Qran-Prisi barədə danışıb
Formula 1 komandaları növbəti həftəsonu Bakıda keçiriləcək Azərbaycan Qran-Prisinə hazırlaşırlar.

Artıq bəzi pilotlar Bakıdakı yarış haqda proqnozları ilə diqqət çəkməyə başlayıblar. “Alfa Romeo”nun pilotu Valtteri Bottas yarışın onlar üçün uğurlu keçəcəyinə inandığını söyləyib: “Bizim bolidin texniki keyfiyyətləri Monakodakı döngələrə uyğun deyil. Bakıdakı trasın döngələri isə standartdır. Orada Monakodakı kimi sərt döngələr yoxdur. Yalnız İçərişəhər ətrafında sərt döngəyə rast gəlirik. Bu da bizim xeyrimizə işləyəcək”.

Finlandiyalı pilot Monako Qran-Prisini 9-cu sırada başa vurub.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 383 dəfə oxundu.