Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Yığmanı Nestor Lorenso çalışdıracaq.

Argentinalı mütəxəssislə dördillik müqavilə imzalanıb. O, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparmalıdır.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2012-2019-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda yer alıb.

Xəbər 247 dəfə oxundu.