Lüksemburq – İtaliya matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Matç iyunun 6-da Lüksemburqda keçiriləcək.

Xəbər 255 dəfə oxundu.