Milli Olimpiya Komitəsinin 30 illiyi münasibəti ilə keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub
Milli Olimpiya Komitəsinin 30 illiyi münasibəti ilə keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.

Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil edilən yarışın son günündə şpaqa növü üzrə qaliblər müəyyənləşib. Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Kişilər arasında qalib adını Ruslan Həsənov, qadınlar arasında isə Azərin İdriszadə qazanıb.

Çempionatın qalibləri və mükafatçıları diplom və medallarla təltif olunublar.

Diplom və medalları mükafatçılara federasiyanın vitse-prezidenti Fərhad Kasimov, baş katib Vasif Məmmədov və milli komandanın baş məşqçisi Çingiz Mustafayev təqdim edib.

Xəbər 445 dəfə oxundu.