Veteran cüdoçularımız Avropa çempionatının ikinci günündə 5 medal qazanıblar
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında yarışların ikinci gününə yekun vurulub. Azərbaycan yarışda 8 yaş kateqoriyası üzrə 22 idmançı ilə təmsil olunur. Turnirdə ümumilikdə 31 ölkədən 230-dan çox idmançı iştirak edir.

Azərbaycan idmançıları qitə çempionatının ikinci günündə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Qızıl medalları komandamıza M3 yaş kateqoriyası üzrə Azər Fətullayev (81 kq), M4 yaş kateqoriyası üzrə isə Babək Hacıyev (60 kq) və Emil Hüseynov (100 kq) qazandırıblar.

Mahir Ağamirzəyev (90 kq) gümüş, Rauf Fərzəliyev (73 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, komandamız turnirin birinci günündə 6 medal qazanıb.

Qitə çempionatı iyunun 5-də başa çatacaq.

Xəbər 439 dəfə oxundu.