Canni De Byazi: Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik
İlk hissədə çoxlu imkanlarımız oldu. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik. Hətta deyərdim ki, mən baş məşqçi təyin olunduğum gündən bəri ən yaxşı ilk hissəni oynadıq.

Bu sözləri UEFA Millətlər Liqası çərçivəsində bu gün “Astana Arena”da keçirilmiş Qazaxıstan yığmasına 0:2 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis start heyətlə oyuna çox yaxşı başladıqlarının bildirib.

“İkinci hissədə 26 metrdən qol buraxdıq. İkinci qol isə böyük diqqətsizlikdən oldu. Halbuki təcrübəli futbolçular belə səhv etməməlidirlər. 2:0 hesabdan sonra oyunda dönüş yaratmaq çox çətin idi. Təəssüf ki, oyunumuz uğursuz nəticələndi. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə etməlisən, etməsən nəticədə məğlub olacaqsan. Adətən, uduzanda səhv məşqçidə olur”, - deyə məşqçi qeyd edib.

Xəbər 387 dəfə oxundu.