“Araz-Naxçıvan” futzal klubu 16 dəfə Azərbaycan çempionu olub
Sayca 28-ci ölkə çempionatının qalibi olan “Araz-Naxçıvan” futzal klubu 16 dəfə hamıdan güclü olub. 2020-2021-ci ildə çempionat keçirilməyib və İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib.

Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub.

“Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb. İlk çempionat 1993-cü ildə keçirilib.

Xəbər 436 dəfə oxundu.