Formula 1: Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir. Belə ki, Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbi ilə iyunun 3-dən 4-nə gecə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.

İyunun 4-dən 5-nə keçən gecə isə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 391 dəfə oxundu.