Cüdoçumuz Turan Bayramov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Rövşən Əliyevə qalib gəlib.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.

Xəbər 408 dəfə oxundu.