UEFA Millətlər Liqası: Qazaxıstan və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin birinci turunda üz-üzə gələcək futbol üzrə Qazaxıstan və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Azərbaycan millisinin start heyətində Şahrudin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqqverdi, Emin Mahmudov, Renat Dadaşov, Mahir Emreli, Eddi İsrafilov, Bədavi Hüseynov və Aleksey İsayev yer alıblar.

Qazaxıstan yığmasının heyətində meydana İqor Şatski, Nuralı Alip, Yeldos Ahmetov, Aslan Darabayev, Asxat Taqıbergen, Bauırjan Baytana, Yan Voroqovski, Bağdat Kairov, Abat Aimbetov, Aleksandr Maroçkin və Elxan Astanov çıxacaqlar.

Qeyd edək ki, “Astana Arena”da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 371 dəfə oxundu.