Qadın güləşçilərimiz Qazaxıstanda Bolat Turlıxanov kuboku yarışlarında mübarizə aparacaqlar
Qazaxıstanın Almatı şəhərində güləş üzrə Bolat Turlıxanov kuboku yarışları davam edir.

ilin ikinci reytinq turniri sayılan yarışda ölkəmizi qadın güləşçilər təmsil edirlər.

Baş məşqçi əvəzi Rövşən Umudovun və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Türkan Nəsirova, Şəhanə Nəzərova (hər ikisi 50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Jalə Əliyeva (59 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, güləşçilərimiz iyunun 4-də xalça üzərinə çıxacaqlar. Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizəyə dörddəbir finaldan start veriləcək. T.Nəsirova monqolustanlı dünya üçüncüsü Namuuntsetseq Tsoq-Oçirlə, Şəhanə Nəzərova isə qazaxıstanlı Aygül Nuralimlə qarşılaşacaq. Tatyana Varansova (53 kq) təsnifat mərhələsində Asiya çempionatının ikiqat bürünc medalçısı özbəkistanlı Aktenqe Keunimjaeva, bu çəkidəki digər təmsilçimiz Leyla Qurbanova isə dörddəbir finalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Puca Gehlotla (Hindistan) üz-üzə gələcək. Turnirdə 59 və 65 kiloqram çəki dərəcələrində iştirakçılar əvvəlcə qrup mərhələsində mübarizə aparacaqlar. J.Əliyeva Tsoqzolmaa Dorjsuren (Monqolustan), Ayşən İsmagülova (Qazaxıstan) və Difuzə Aimbetovayla (Özbəkistan), E.Manolova isə Manişa Manişa (Hindistan), Dinora Rüstəmova (Özbəkistan) və Qazaxıstanın titullu güləşçisi Yelena Şaliginayla eyni qrupda yer alıb.

Qeyd edək ki, iyunun 5-dək davam edəcək reytinq turnirində I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyur.

Xəbər 516 dəfə oxundu.