Azad Rəhimov: “Şahmat Olimpiadası-2016-nın təşkilat komitəsinin tərkibinə Harri Kasparov daxil ola bilər”
Azərbaycanın İdman və Gənclər naziri Azad Rəhimov Azərbaycanın Şahmat Olimpiadası 2016-nın keçirilməsi hüququnu əldə edilməsi uğrunda mübarizəni şərh edib.

Azad Rəhimov qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Müzakirələr asan keçmədi. Ermənistan tərəfi Olimpiadanın ölkəmizdə keçirilməsinə kəskin şəkildə etirazlarını bildirirdilər. Lakin FİDE prezidenti Kirsan İlyumjinovanın sözləri bizim xeyrimizə oldu. Ədalət zəfər çaldı!

Kirsan İlyumjinov xahiş etdi ki təşkilat komitəsinin təkibinə ermənilər də o cümlədən Harri Kasparov da daxil olsun. Niyə də yox? Mən Fide prezidentini sözlərindən belə başa düşdüm ki, Ermənistan prezidenti və Şahmat federasiyanın rəhbəri Serj Sarkisyan Olimpiadanın bizim ölkəmizdə keçiriləməsinə elə də qarşı çıxmayıblar”.

Gün.Az

Xəbər 1396 dəfə oxundu.