“Səbail” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb
Bakının “Səbail” klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Paytaxt klubu gənc yarımmüdafiəçisi Ədilxan Qarəhmədovla sözləşməni yeniləyib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı futbolçu ikiillik müqaviləyə imza atıb.

“Səbail” daha əvvəl Adil Nağıyev və Ruslan Hacıyevlə də yeni müqavilə imzalamışdı.

Xəbər 423 dəfə oxundu.