“Qarabağ”ın sabiq futbolçusu karyerasını Yaponiyada davam etdirə bilər
Ağdamın “Qarabağ” klubunun yollarını ayırdığı futbolçu Xayme Romero karyerasını Yaponiyada davam etdirə bilər.

Təcrübəli futbolçuya Yaponiya klubundan təklif gəlib. Romero hələ ki, qərar verməyə tələsmir. Onun yeni mövsümə hansı klubda başlayacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu 2019-cu ildən “Qarabağ”ın şərəfini qoruyub.

Xəbər 391 dəfə oxundu.