Dünya kuboku yarışının danimarkalı qalibi: Bakıda çempion olmaq möhtəşəm hissdir
Bakıda təşkil olunan birinci Avropa və dördüncü İslam Həmrəyliyi oyunlarında da iştirak etmişəm. Hazırda dünya kubok yarışında çıxış edirəm. Bu, mənim burada ilk çempionluğumdur. Buna görə özümü çox xoşbəxt hiss edirəm.

Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku turnirində qadınlar arasında 50 metr məsafəyə tüfəngdən atəşaçma yarışlarının qalibi danimarkalı Rikke Maenq İbsen bildirib.

Dünya kuboku yarışının təşkilatçılığından məmnunluğunu ifadə edən danimarkalı atıcı bildirib ki, yarışda həyəcanlı idim. Yekunda qələbə qazandım. Burada çempion olmaq möhtəşəmdir. Düzdür, yarış başlayanda bütün mərhələlərdən ilk sıralarda yer almışdım. Sonuncu 3 atış çox çətin idi. Özümü çox əsəbi hiss edirdim. Hindistanlı rəqibim çox güclü idi. Buna baxmayaraq, sonda qələbə qazanıb, qızıl medala sahib oldum. Buna görə də özümü xoşbəxt hiss edirəm”,- deyə Rikke Maenq İbsen əlavə edib.

Mükafatlandırma mərasiminin möhtəşəm təşkil olunduğunu deyən danimarkalı atıcı vurğulayıb: “Bir çox atıcılıq mərkəzlərində olmuşam. Bakıdakı arena səfər etdiklərimin arasında ən yaxşısıdır. Bəzi arenalarda 50 metr məsafəyə atəşaçma yarışlarında çətinlik çəkirsən. Amma Bakı Atıcılıq Mərkəzində bunlar baş vermədi. Burada hər şey qaydasında və rahatdır”.


Xəbər 347 dəfə oxundu.