Belarus - Azərbaycan oyununun hakimləri müəyyənləşib
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Matçın baş hakimi isveçli Məhəmməd Əl-Hakim olacaq. Ona Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Matç iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər 394 dəfə oxundu.