Balakəndə futbol festivalı keçirilib
AFFA-nın təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Balakən rayonunda futbol festivalı keçirilib.

100-dən artıq uşağın cəlb olunduğu festivalda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda hər bir iştirakçıya AFFA tərəfindən hədiyyələr təqdim olunub.

Xəbər 358 dəfə oxundu.