Liqaların qaliblərinə mükafatlar təqdim olunub
AFFA-nın təşkil etdiyi U-15 və U-16 liqalarının qalibləri mükafatlandırılıb. Mükafatları Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadov, Şakir Qəribov və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov təqdim ediblər.

AFFA-nın inzibati binasında təşkil edilən mükafatlandırma mərasimində əvvəlcə U-15 Liqasının qalibi “Sabah” komandasına kubok, medallar və diplomlar təqdim edilib. Mövsümü ikinci pillədə başa vuran “Sumqayıt” komandasının üzvlərinə diplom və medallar verilib. U-15 Liqasının bürünc mükafatçısı “Qəbələ” komandasına isə mükafatlar bu gün Qəbələ şəhər stadionunda təqdim ediləcək. AFFA U-15 Liqasının 2021/2022-cü il mövsümünün ən məhsuldar oyunçusu 24 qolla “Qəbələ” komandasının üzvü Ömər Kərimov, ən yaxşı oyunçusu isə “Sabah” komandasının futbolçusu Babamirzə Mehdiyev olub.

Daha sonra AFFA U-16 Liqasını ilk üç pillədə başa vuran komandalara mükafatlar təqdim edilib. İlk üçlükdə “Sabah”, “Neftçi” və “Qarabağ” komandaları yer alıblar. Komandalara diplom və medallar, “Sabah”a isə kubok verilib. Həmçinin 40 qolla “Neftçi” komandasının üzvü Fərid Şahhüseynli ən məhsuldar oyunçu, ROFM-in üzvü Əşrəf Ələkbərli AFFA U-16 Liqasının ən yaxşı oyunçusu adına layiq görülüb və xüsusi mükafatlar verilib.

Xəbər 343 dəfə oxundu.