Qaxda festival xarakterli minifutbol turniri təşkil olunub
AFFA-nın təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaxda festival xarakterli minifutbol turniri keçirilib.

Qax şəhər stadionunda keçirilən minifutbol turnirində 8 komanda iştirak edib və ümumilikdə 80-dən çox uşaq cəlb olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti futbol festivalı Balakəndə keçirilib.

Xəbər 243 dəfə oxundu.