Bu gün Azərbaycanın U-21 komandası estoniyalı həmyaşıdları ilə qarşılaşacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Komandamız səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.

Xəbər 367 dəfə oxundu.