Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.

Millimiz C Liqasının üçüncü qrupunun birinci turunda Qazaxıstan seçməsinin qonağı olacaq.

Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək.

Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komandamız 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.


Xəbər 478 dəfə oxundu.