“Norway Chess”: Şəhriyar Məmmədyarov Van Hao, Teymur Rəcəbov Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaqlar
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda çinli Van Hao, Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən üç turun nəticəsinə görə, Ş.Məmmədyarov 4, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbər 243 dəfə oxundu.