Cüdo üzrə hakimlər üçün seminar keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün təşkil olunan təlimdə iştirak edib.

Mətin Rəhimli həmin təlimdə qazanılan nəzəri və praktiki biliklərin əsasında federasiyanın hakim heyəti üçün “Cüdo Klub 2012”də seminar keçirib. Hakimlər Komitəsinin üzvü Arzu Acalova və digər aparıcı hakimlərimizin də iştirak etdiyi seminarda yarışların daha dəqiq və səmərəli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilib.

Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirir.

Xəbər 301 dəfə oxundu.