“Bakı-2022”nin küveytli qalibi: Möhtəşəm məkanda fantastik nəticə göstərdiyimiz üçün məmnunuq
Bakıda keçirilən dünya kuboku yarışı kimi nüfuzlu turnirdə qızıl medal qazanmaq bizi qürurlandırdı. Yarışa hazırlıqla bağlı ölkəmizdə təlim-məşq toplanışı keçmişdik. Həm komanda, həm də fərdi şəkildə turnirdə iştirak edirik.

Bunu jurnalistlərə müsahibəsində stend atıcılığının səngər növü üzrə kişilərin yarışında qızıl medal qazanan Küveyt millisinin üzvü Naser Meqlad bildirib. O, qeyd edib ki, Azərbaycana ikinci dəfə səfər edir: “Bundan əvvəl Qəbələdə olmuşam. Orada da möhtəşəm yarış keçirilmişdi. Qəbələ öz gözəlliyi ilə məni valeh etdi. Bakıya yenidən həm idmançı, həm də turist kimi gəlməyi düşünürəm”.

Küveyt millisinin üzvü Talal Əl-Rəşidi bundan əvvəl fərdi yarışlarda gümüş qazandığını bildirib: “Möhtəşəm məkanda fantastik nəticə göstərdiyimiz üçün məmnunuq”.

Komandanın digər üzvü Əbdulrəhman Əl-Fayhan isə final mərhələsinin olduqca çətin keçdiyini deyib: “ABŞ təmsilçiləri güclü rəqiblərdir. Burada qızıl və ya gümüş medal əsas məsələ deyil. Gərgin əməyinin nəticəsini görməkdir. Bunu bacardığımız üçün çox şadam. Finalda qələbəyə köklənərək həyəcanımıza qalib gələ bildik. Bunun nəticəsində çempion olduq”.

Xəbər 450 dəfə oxundu.